DVD - pleyerlər Panasonic

 

   Panasonic şirkəti – yüksək keyfiyyətli kondisionerləşdirmə sistemlərinin istehsalı və satışı sahəsində dünya lideri – son dərəcə dözümlü, iqtisadi cəhətdən əlverişli və səssiz, bütün dünya standartlarına cavab verən həm məişət və həm də sənaye təyinatı üzrə geniş model sırasını təqdim edir.

   Bu kondisionerlərin başlıca xarakteristikalarından biri iqtisadi cəhətdən əlverişli olmasıdır. Əvvəllər Panasonic kondisionerləri öz iş prosesi zamanı enerjiyə invertor texnologiyaları sayəsində qənaət edirdi. Hazırki dövrdə isə,  yeni kondisioner modellərində mövcud ivertor texnologiyalarından əlavə olaraq, insanın hərəkətinə uyğun olaraq enerjini tənzimləyən sensora malik təkmilləşdirilmiş ECONAVI sistemləri tətbiq olunur.

   ECONAVI enerji qənaətinə optimal uyğunlaşma funksiyasını avtomatik yaratmağa icazə verir və komfortlu mühit yaradır. Komfortlu temperatur yalnız lazım olan anda verilir və bununla da elektrik enerjisinə qənaət olunur. Nəticədə elektrik enerjisinə qənaət edilməklə rahat mühit yaradılır.

Yeni texnologiya sayəsində yüksək iş effekti əldə edilir və bu da elektrik enerjisinə 64% qənaət edilməsinə imkan verir.

İnvertor kondisionerləri əhəmiyyətli dərəcədə aşağı səs səviyyəsinə malikdir (22-24dB), bunun sayəsində də istənilən yaşayış məkanında, hətta yataq otağı və uşaq otağında da quraşdırıla bilir.

   Panasonic mütəxəssisləri orijinal hava filtri sistemlərini tətbiq etdilər. E-ion APS təmizləmə sistemi üzərinə düşən toz zərrəciklərini böyük bir filtr vasitəsilə geri çəkərək 3 trilyona qədər e-ionları ayırır.  E-ionların təsiri altında havada olan virus, bakteriya və göbələk sporları tamamilə neytrallaşdırılır. Bunun nəticəsində infeksion xəstəliklərinin yayılmasının qarşısı alınır.

   Daxili blokun ön panelində yerləşən Patrul sensoruhavada mövcud olan mikroskopik kirləri izləyir və onları aşkar edərn kimi APS  e-ion təmizləmə funksiyasını işə salır. Bununla yanaşı isə sensorun rəngi məkandakı havanın kirlilik səviyyəsindən asılı olaraq dəyişir. Hava təmizləyən hətta kondisioner söndürüldükdə belə öz iş rejimini saxlayır.

   Panasonic kondisionerlərində tətbiq olunan Super alleru-buster filtri (xidmət müddəti 10 il) üç effekti bir arada birləşdirir – antiallergen, antivirus və antibakterial effekt.

   Belə iş nəticəsində Evinizdə həmişə təmiz və sağlam hava  olur.

 

 

USB: Все var yox




tarixə qiymətə adına görə düz