Ev teatrları LG

 

   LG Electronics şirkəti titan və Artcool seriyalı premium sinfinə aid, mənzildə havanı təmizləyən qabaqcıl texnologiyalı məişət kondisionerlərinin yeni modellərinin təchizatına başladığını elan edir. Bu kondisionerlər optimallaşdırılmış soyutma və isitmə rejimləri ilə fərqlənirlər, Artcool seriyası ilə zərif dizaynı sayəsində istənilən interyerin çox gözəl bəzəyinə çevriləcək.

 

   LG-nin yeni Titan və Artcool seriyalı kondisionerlərində həyata keçirilmiş təkmilləşdirilmiş dörd-addımlı sağlamlığı qoruma sistemi hətta son dərəcə əlverişsiz hava şəraitlərində evinizdə sağlam və təhlükəsiz atmosferi təmin edir. Allergiya əleyhinə filtr, dezodorasiya, antibakterial mühafizə və qalıq rütubətin avtomatik təmizlənməsi kimi dörd əsas komponent birlikdə  hava təmizləmənin yüksək texnologiyalı kompleks sistemini təmin edirlər.


   Unikal Plasma filtri, elektrik və maqnit sahələrindən birgə istifadə sayəsində, havanı əvvəlki modifikasiyalara nisbətən 30% daha effektiv təmizləyir. Havanı təmizləmə sistemi Plasma , ən kiçik çirkləndirici hissəcikləri və tozu təmizləməklə bərabər, məişət gənələrinin, bitki tozlarını və heyvanların tüklərini təmizləyir, bununla da allergik xəstəliklərin və astma tutmalarının qarşısını alır.

Antiallergen və antivirus fitri allergenləri hopduran enzimlərdən, o cümlədən filtrin əsasını ona çəkilmiş enzimlərlə bağlayan üzvi və qeyri-üzvi həlqələrdən ibarətdir.

 

   Üçlü dezodorasiya filtri təhlükəli üzvi birləşmələri, misal üçün, formaldehidi məhv edən üç xüsusi filtrdən ibarətdir. Filtr həmçinin rahat atmosfer yaratmaqla xoşagəlməz qoxuları kənarlaşdırır.

  

  Avtomatik təmizləmə funksiyası istilik mübadiləsi qurğusundan rütubəti kənarlaşdırmağa imkan yaradır, bu isə kifin yaranmasının və bakteriyaların çoxalmasının qarşısını alır. Bununla xoşagəlməz qoxu kənarlaşdırır, istehlakçı isə istilik mübadiləsi cihazının mexaniki təmizlənməsini həyata keçirməyə məcbur qalmır.

  

  Yüksək effektivliyə malik yeni sistem sayəsində, LG-nin Titan və Artcool seriyasının kondisionerləri dünyada ən sakit kondisionerlərdən biridir, gündüz otağın təbii havalandırılmasını və gecələr rahat səssiz iş rejimini təmin edir. Bu cür aşağı səs səviyyəsi (cəmi 19  dB) ventilyatorun fırlanması zamanı təzyiqin qalxıb enməsini minimuma endirən patentli LG Skew Fan texnologiyası sayəsində əldə edilir. Artcool seriyasının kondisionerlərinin ağıllı ağ fon işığı olan zərif displey, xətlərin axarlılığı və xromlanmış işləməsi evin bəzənməsi üçün müasir həlli təşkil edir.

  

   Bu zaman “xarici panelin bərkidilmiş şüşəsi parlaqlığını və işıltısını uzun müddət ərzində donuqlaşmadan və rəngini itirmədən qoruyub saxlayır.

Kondisionerlərin yeni seriyalarının daha bir fərqləndirici xüsusiyyəti quraşdırmanın texnolojiliyi və sadəliyidir. Çıxarılıb-taxılan aşağı paneli və xüsusi dayağın patentləşdirilmiş konstruksiyası sayəsində, kondisionerin quraşdırılması bir nəfər tərəfindən həyata keçirilə bilər, montaj plastinasının səthində bilavasitə təsvir edilmiş montaj prosesinin texnoloji xəritəsi isə təlimatın öyrənilməsinə sərf edilən vaxta qənaət etmək imkanını yaradır.

 

 





tarixə qiymətə adına görə düz